BBC ABŞ prezidenti Donald Trampın quruma qarşı planlaşdırdığı milyard dollarlıq təzminat iddiası ilə mübarizə aparmaqda qətiyyətli olduğunu açıqlayıb.
Bakıvaxtı.az ictimai yayımçıya istinadən xəbər verir ki, qurumun sədri Samir Şah əməkdaşlara ünvanladığı məktubda böhtan iddiası üçün heç bir əsas görmədiklərini və mümkün hüquqi prosesə tam hazır olduqlarını bildirib.
Qeyd edək ki, Tramp “İkinci Şans?” sənədli filmində çıxışlarının montaj edildiyini iddia edərək BBC-ni məhkəməyə verməyə hazırlaşır.
Sözügedən montaj qalmaqalı BBC rəhbərliyində istefalara səbəb olub. Qurum səhvə görə üzr istəyib, lakin Trampın təzminat tələbinə razılaşmayacağını bəyan edib.
Əli Hüseynov
Bakı 


