Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampın sanksiyalara məruz qalan bütün Venesuela neft tankerlərinin bloklanması əmrinə sərt reaksiya verib.
Bakıvaxtı.az-ın xarici mətbauta istinadən xəbərinə görə, Maduro bildirib ki, bu addımın əsas məqsədi Venesuelanın suverenliyini təslim etdirmək və ölkədə “kukla hökumət” qurmaq üçün rejim dəyişikliyinə nail olmaqdır.
O, ABŞ-nin bu təşəbbüsünü müharibə tərəfdarı və müstəmləkəçi siyasət adlandıraraq Venesuelanın heç vaxt asılıolmayacağını vurğulayıb.
Trampın “neft hüquqlarımızı geri almaq istəyirik” açıqlamasına cavab olaraq Maduro Venesuelanın neft və təbii sərvətlərinin yeganə qanuni sahibinin Venesuela xalqı olduğunu deyib.
Prezident əlavə edib ki, bütün təhdidlərə baxmayaraq ölkə neft ticarətini davam etdirəcək.
Əli Hüseynov
Bakı 



