• Bakı C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

67 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı ŞOK XƏBƏR

DÜNYA

18 Dekabr 2025 | 09:45

67 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı ŞOK XƏBƏR

ABŞ hökuməti yanvar ayında Vaşinqton yaxınlığında sərnişin təyyarəsi ilə "Black Hawk" hərbi helikopterinin toqquşması nəticəsində 67 nəfərin ölümü ilə nəticələnən qəzada səhlənkarlığı rəsmən etiraf edib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Belə ki, zərərçəkmiş ailələrin qaldırdığı iddiaya cavabda Federal Aviasiya Administrasiyasının (FAA) və hərbi heyətin qayğı öhdəliyini pozduğu bildirilib.

Qəza zamanı helikopterin icazə verilən hündürlüyü aşdığı və pilotların vizual təhlükəsizlik prosedurlarına əməl etmədiyi qeyd olunub.

İlkin araşdırmalar FAA-nın hava limanı ətrafındakı risklərə dair əvvəlki xəbərdarlıqlara lazımi reaksiya vermədiyini də ortaya qoyub.

Qeyd edək ki, hadisədə "American Airlines"a məxsus təyyarədə olan 64 nəfər və helikopterdəki 3 hərbçi həlak olub, sağ qalan olmayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 Dekabr 2025