• Bakı 16° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Xəbərin yeni üzü: "Euronews"la açılan media üfüqləri

MEDİA

18 Noyabr 2025 | 12:55

Xəbərin yeni üzü: Euronewsla açılan media üfüqləri

Qlobal xəbərlər dənizində hər gün minlərlə informasiya dalğası sahilə çırpılır. Bəzən bu dalğalar bulanıq olur, bəzən də dərinliklərdən gələn aydın bir səs kimi dünyanı işıqlandırır.

Məhz belə bir zamanda, "Euronews"un Azərbaycanda yerli ofis açması sanki bu informasiya okeanında yeni bir mayakın işıq saçması kimi oldu.

Artıq xaricdən görünən mənzərə ilə ölkə daxilində yaşanan reallıq arasında məsafə qısalır, xəbər yolunu itirən bir səyyah kimi dolaşmadan, birbaşa mənbədən doğaraq qlobal auditoriyaya çatır.

Bu ofisin açılması həm media mühitində yeni nəfəs, həm də informasiya məkanında yeni bir baxış bucağı yaradır. Lakin hər bir böyük addım kimi, bu proses də həm imkanlarla, həm də sınaqlarla müşayiət olunur.

Artıq sual budur: Bu yeni səhifə Azərbaycan mediasının üfüqlərini nə qədər genişləndirəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Əməkdar jurnalist, media eksperti Azər Həsrət bildirib ki, ümumiyyətlə, bu telekanalın Azərbaycanla bağlı mövqeyi həmişə qərəzsiz olub: 

"Onlar ölkəmiz haqqında obyektiv, balanslaşdırılmış və müsbət məzmunlu materiallar yayımlamaqla seçiliblər. Həm əvvəllər, həm də sonrakı dövrlərdə bu obyektivlik xəttinə sadiq qalmaları onların peşəkarlığını və jurnalistik prinsiplərə bağlılığını bir daha təsdiqləyir. Bu kanal dünyanın ən nüfuzlu və ən çox izlənilən media qurumlarından biri kimi tanınır və demək olar ki, planetin hər bir bölgəsində geniş auditoriyaya malikdir".

Azər Həsrət:  Artıq onlar məlumatı dolayı yolla deyil, birbaşa etibarlı mənbədən alacaqlar

Onun fikrincə, onlarla əməkdaşlıq və ya hər hansı təmasın qurulması Azərbaycan mediası üçün mühüm addım hesab oluna bilər: 

"Bu, bizim informasiya siyasətimizin daha geniş coğrafiyaya çıxması, ölkəmizlə bağlı xəbərlərin daha çox insana çatdırılması baxımından əhəmiyyətlidir. Artıq onlar məlumatı dolayı yolla deyil, birbaşa etibarlı mənbədən alacaqlar ki, bu da faktların təhrif olunmadan yayılmasına, obyektivliyin daha da güclənməsinə şərait yaradacaq".

Sonda müashibimiz qeyd edib ki, bu addım təkcə media sahəsində deyil, həm də ölkənin beynəlxalq informasiya mühitində mövqeyinin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 Noyabr 2025