ADA Universitetinin ixtisasartırma proqramlarında media nümayəndələri üstünlük təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat universitetdə keçirilən təqdimat zamanı açıqlanıb.
Bildirilib ki, 2022–2024-cü illər ərzində ADA Universitetində 500-dən çox media nümayəndəsinin iştirakı ilə ixtisasartırma proqramları həyata keçirilib.
Qeyd olunub ki, bu göstərici digər sahələr üzrə iştirakçıların sayından daha yüksəkdir.
Məlumata əsasən, ixtisasartırma proqramlarında Mərkəzi Bank, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının əməkdaşları da iştirak ediblər.
Xatırladaq ki, media nümayəndələri üçün bu tip proqramlar Medianın İnkişafı Agentliyinin dəstəyi ilə təşkil olunur.
Əli Hüseynov
Bakı 


