• Bakı 20° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Xalq artisti Ramiz Quliyevin səhhəti yaxşılaşır

CƏMİYYƏT

13 Oktyabr 2025 | 10:36

Xalq artisti Ramiz Quliyevin səhhəti yaxşılaşır

Xalq artisti tarzən Ramiz Quliyevin səhhətində müsbət dinamika hiss olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sənətçinin oğlu əməkdar artist Əyyub Quliyev məlumat verib.

Onun sözlərinə görə, ustad tarzənin müalicəsi reanimasiya şəraitində davam etdirilir:

"Əsas narahatlıq verən tənəffüs sistemi idi ki, artıq bu da bərpa olunur, özü nəfəs alır. Eləcə də digər orqanlarında da bərpa istiqamətində irəliləyiş hiss olunur".

Əyyub Quliyev müalicənin müsbət nəticəsindən asılı olaraq, Xalq artistinin evə buraxıla biləcəyinin mümkün olduğunu da əlavə edib

Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Sənətkarın müalicə prosesini Heydər Əliyev Fondu nəzarətə götürüb.


SON XƏBƏRLƏR