• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Salyanın bəzi kəndlərində işıq olmayacaq

CƏMİYYƏT

12 Noyabr 2025 | 09:24 | Müəllif: Əli Hüseynov

Salyanın bəzi kəndlərində işıq olmayacaq

Salyanın bəzi kəndlərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Bakıvaxtı.az-a verilən məlumata görə, dövlət proqramı çərçivəsində günəş elektrik stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində trassa “Azərişıq” ASC-nin 35 kV-luq hava xətləri ilə kəsişir.

    Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq 12 noyabr tarixində saat 09:30-dan 13:30-dək Salyanın Qırxçıraq, Seydan, Parçaxalac, Pratman, Gəncəli, Həsənli, Bəşirabad, Şəkərli, Yenikənd, Kürsəngi, Abad, Xalac və Kolanı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri tamamlandıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Noyabr 2026