• Bakı 17° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Azərbaycanda məktəblər BAĞLANA BİLƏR

CƏMİYYƏT

12 Noyabr 2025 | 09:30

Azərbaycanda məktəblər BAĞLANA BİLƏR

İranda hava çirkliliyinin kritik həddə çatması səbəbindən bir sıra şəhərlərdə məktəblər və digər təhsil müəssisələri müvəqqəti olaraq bağlanıb. Bu vəziyyət Azərbaycanda da oxşar tədbirlərin görülüb-görülməyəcəyi sualını gündəmə gətirib.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı konkret.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli belə hallarda əsas meyarın təhlükəsizlik dərəcəsi olduğunu bildirib.

“Artıq dünyanın hər yerində qəbul olunmuş məsələdir. Fövqəladə hallar yarandığı vəziyyətdə icra orqanları, Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi və yaxud da digər aidiyyəti qurumlar bu məsələlərlə bağlı qərar verə bilirlər. Azərbaycanda da bu kimi hadisələr baş versə, əvvəlcədən təhlükəsizlik dərəcəsi ölçülür və ona uyğun addımlar atılır”,- o əlavə edib.

Ekspertin sözlərinə görə, hər hansı fövqəladə vəziyyət, istər təbii fəlakət, istərsə də ekoloji təhlükə təhsil prosesinin dayandırılmasını zəruri edə bilər. Bu baxımdan, qərarın əsas məqsədi şagird və müəllimlərin sağlamlığının qorunmasıdır.


SON XƏBƏRLƏR

11 Noyabr 2025