• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda dörd günlük bayram tətili BAŞA ÇATDI 

CƏMİYYƏT

12 Noyabr 2025 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda dörd günlük bayram tətili BAŞA ÇATDI

Zəfər Günü və Dövlət Bayrağı ilə əlaqədar 4 günlük bayram tətili başa çatıb.

Bakıvaxtı.ax xatırladır ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günü idi.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olub.

Beləliklə, bayramlarla əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olub.

Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günüdür.

Qeyd edək ki, Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026