HAMAS əsas mübadilə üçün qalan israilli girovların birinci qrupunu azad edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.
Bildirilib ki, HAMAS 7 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Hazırda onlar İsrailə gedirlər. Onlar Matan Engerst, Alon Ohel, Eitan Mor, Gali və Ziv Berman, Omri Miran və Guy Gilboa-Dalaldır.
Azad edilmə mərasimi Xan Yunisdə baş tutub.
İsrail isə uzunmüddətli cəzaya məhkum edilmiş 250 fələstinlini, eləcə də 2023-cü il oktyabrın 7-dən bəri həbs olunan 1700-dən çox fələstinli azad edəcək.