• Bakı 20° C

    10.29 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Şabranda 6 milyon manat nizamnamə kapitalı ilə yeni aqrar şirkət yaradılıb

CƏMİYYƏT

13 Oktyabr 2025 | 13:41

Şabranda 6 milyon manat nizamnamə kapitalı ilə yeni aqrar şirkət yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Qarabağ Taxıl Aqro" MMC-ni dövlət qeydiyyatına alıb.

Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Şabran şəhəri, dəmiryolunun alt tərəfi, nizamnamə kapitalı 6 371 963 manat, qanuni təmsilçisi isə Cavid Nazim oğlu Abdullayevdir.

Onun "PAŞA Holdinq" MMC-nin tikinti işləri üzrə meneceri olduğu bildirilir.

"Qarabağ Taxıl Aqro" ilə eyni hüquqi ünvanda "Qarabağ Taxıl" MMC yerləşir. Şirkət yaxın vaxtlara qədər Şabran rayonunda müəssisələri yerləşən "Səba" ASC-yə daxil olub, bir qədər əvvəl isə satılıb.


SON XƏBƏRLƏR