Almaniyanın paytaxtı Berlinin Noyköln rayonunda yaşayış kompleksində partlayış baş verib, onlarla insan xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə altımərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə baş verib, ardınca yanğın olub.
Polis məlumatına görə, 45 nəfər xəsarət alıb, 13 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır, istintaq davam edir.