• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə XİN-in nümayəndəsi: Azərbaycan TDT-yə liderlik edir

SİYASƏT

13 Oktyabr 2025 | 13:17 | Müəllif: Gülşən Şərif

Türkiyə XİN-in nümayəndəsi: Azərbaycan TDT-yə liderlik edir

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü sübut etdi ki, Azərbaycan bu təşkilata liderlik edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi, Ankara şəhər Diplomatiya Şurası İdarə Heyətinin üzvü səfir Metin Kılıç bildirib.

Azərbaycanın Mərkəzi Asiyadan Anadoluya qədər önəmli keçid nöqtəsi olduğunu deyən səfir onun regionda və dünyadakı rolunu belə dəyərləndirib:

"Zəngəzur dəhlizinin əhəmiyyəti danılmazdır. Zirvədə də Çindən Özbəkistana və Qazaxıstana, oradan da Azərbaycana və Türkiyəyə uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhlizin çox önəmli olduğu ifadə edildi".

Azərbaycanın sülh tərəfdarı olduğunu, təhlükəsizlik və hərbi məsələlərə xüsusi diqqət ayırdığını isə diplomat xüsusilə təqdir edib:

"Bunlar Azərbaycanın bölgədə müstəqil siyasət apardığını göstərir. Türk dövlətlərinin öz aralarında iş birliyi qurmaları, hərbi təlimlər keçirmələri, Qazaxıstanın dediyi kimi, kibertəhlükəsizlik sahəsinə də fəaliyyət göstərmələri və nəhayət, sadalanan sahələrdə kollektiv müqavilə imzalamaları böyük əhəmiyyət kəsb edir".

Xatırladaq ki, oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026