Bu ilin ilk 9 ayının göstəricilərinə görə, hotel və hotel tipli obyektlərdə cəmi 26 faiz yerləşmə olub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.
O, bunun aşağı göstərici kimi qiymətləndirərək problemi sosial həyatın aktiv olmaması, turizm sektorunun inkişaf etməməsi ilə əlaqələndirib:
"Biz turistlərin bütün imkanlardan istifadə etməsinə şərait yaratmalıyıq".
Komitə sədri həmçinin deyib ki, bələdiyyələrin imkanları zəif olduğundan ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə qeyri-hökumət təşkilatlarının (QHT) rolundan istifadəyə üstünlük verilməli və onlara verilən vəsait artırılmalıdır:
"Qələbədən sonra daha çox diqqəti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik. Xüsusilə də yaşlı, ahıl insanlara qarşı diqqət artırılmalıdır. Bu məqsədlə QHT-lərə verilən qrantlar artırılmalıdır".
F.Mustafa eyni zamanda xatırladıb ki, gələn ilin dövlət büdcəsindən dini icmalar və dini tədbirlərlə ayrılan vəsait 239,3 milyon manatdır:
"Bu, ümumi paketdə yer alsa da, 37,9 faizi əsasən dini tədbirlərə yönələn vəsaitlərdir. Fikrimcə, burada vəsaitin artırılması məqsədəuyğun olardı".
Bakı 



