"Xəzər dənizindən keçən mühüm nəqliyyat arteriyalarının uğurlu fəaliyyəti regiondakı bütün ölkələrin maraqlarını təsir altına alır və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər açır".
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Aşqabadda Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş "Beynəlxalq sülh və etimad forumu"nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Xəzər dənizi birləşdirici amil rolunu oynayır və ölkələrimizin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir.
"Xəzər dənizinin sülh, rifah, sabitlik və təhlükəsizlik zonası kimi qorunması ticarət-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsinə, eləcə də biznes və turizmin inkişafı üçün lazımi şəraitin yaradılmasına imkan verir. Xəzər dənizindən mühüm nəqliyyat arteriyaları keçir və onların uğurlu fəaliyyəti regiondakı bütün ölkələrin maraqlarına təsir edir, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər açır", - deyə baş nazir qeyd edib.
Bakı 



