• Bakı C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Brüssel artıq bir çox prosesləri idarə edə bilmir - AÇIQLAMA

SİYASƏT

12 Dekabr 2025 | 09:54

Brüssel artıq bir çox prosesləri idarə edə bilmir - AÇIQLAMA

Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığı genişləndirməsi enerji təchizatı marşrutlarında da yeni imkanlar yaradır. Bu kontekstdə Macarıstanın enerji infrastrukturuna inteqrasiya Azərbaycanın Avropa bazarlarına çıxışını daha da sürətləndirən əsas istiqamətlərdən biridir.

Macarıstanın enerji infrastrukturuna inteqrasiya Azərbaycanın Avropa bazarlarına çıxış imkanlarını hansı həcmdə genişləndirir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycanın Avropa İttifaqına daxil olan ölkələrlə iqtisadi əlaqələrinin genişlənməsi ölkəmizin beynəlxalq aləmdə mövqelərini gücləndirir.

Onun sözlərinə görə, Macarıstan elə bir dövlətdir ki, milli maraqlarını bəzən Avropa İttifaqının ümumi yanaşmalarından daha üstün tutur. Bu, başadüşüləndir, çünki bir sıra qüvvələr milli suverenlikdən irəli gələn istiqamətləri zəiflətməyə çalışır. Avropa İttifaqında vahid yanaşmanın mövcud olması bəzi hallarda milli prioritetlərin arxa plana keçməsini tələb edir. Lakin Macarıstan, Slovakiya və bəzən Polşa göstərir ki, milli maraqlar öz aktuallığını itirməməlidir.

Politoloq qeyd edib ki, əgər Macarıstan xarici siyasət xəttində uğur qazanırsa, bu, eyni zamanda Avropa İttifaqı üçün də müsbət nəticədir:

“Çünki hazırda Avropa İttifaqında mərkəzdənqaçma meylləri güclənir və Brüssel bir çox prosesləri əvvəlki kimi effektiv idarə edə bilmir”.

Müsahibimiz qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orbanla ABŞ Prezidenti Donald Tramp arasında yaxın münasibətlər nəzərə alındıqda, bu, Brüssel üçün də müəyyən mesaj xarakteri daşıyır”.

Müsahibimiz hesab edir ki, hazırda dünyada enerji təhlükəsizliyi və süni intellekt texnologiyalarının inkişafı əsas strateji istiqamətlərə çevrilib. Buna görə də uzaqgörən siyasi elitalar xarici amillərdən asılılığı minimuma endirməyə çalışır.

Tofiq Abbasov: Bakı-Budapeşt və Bakı-Bratislava əlaqələrinin inkişafı bütün tərəflərin maraqlarına uyğundur

Ekspertə görə, məhz bu yanaşma Macarıstanın Azərbaycanla əlaqələrini gücləndirməsinə səbəb olur:

“Slovakiya və Macarıstan Azərbaycanla münasibətlərə strateji səviyyədə yanaşır. Bakı-Budapeşt və Bakı-Bratislava əlaqələrinin inkişafı bütün tərəflərin maraqlarına uyğundur. Azərbaycanın geostrateji mövqeyi və resurs bazasının genişlənməsi bu əməkdaşlığa əlavə dəyər qatır”.

Həmsöhbətimizin fikrincə, strateji resursların çox olması hər iki tərəfə daha uğurlu və alternativ xarici siyasət yürütmək imkanı verir. Bu səbəbdən Bakı və Bratislava arasında siyasi dialoq davam etdirilir və gündəlikdə olan mühüm məsələlərin həlli istiqamətində imkanlar genişlənir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

11 Dekabr 2025