• Bakı 20° C

    10.29 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Aleksey Overçuk: "Moskva, Bakı və Tehran Fars körfəzinə qədər logistika qurur"

İQTİSADİYYAT

13 Oktyabr 2025 | 13:25

Aleksey Overçuk: Moskva, Bakı və Tehran Fars körfəzinə qədər logistika qurur

 Rusiya, Azərbaycan və İran Barens və Baltik dənizlərindən Fars körfəzinə qədər maneəsiz logistikası olan ümumi əmtəə bazarının formalaşdırılması üzrə işləri aktivləşdirirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk üç ölkə arasında nəqliyyat, energetika və gömrük sahəsində əməkdaşlıq məsələlərinə həsr olunmuş üçtərəfli görüşdə bildirib.

"Qarşıda maneəsiz logistika, harmonizasiya edilmiş qayda və standartlarla ümumi əmtəə bazarının formalaşdırılmasına yönələn çox maraqlı işimiz var. Rusiya və Azərbaycan, Rusiya və İran, İran və Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir. Bu da regionda nəqliyyat əlaqəliliyinin inkişafı, eləcə də Barens və Baltik dənizlərindən Fars körfəzinə qədər maneəsiz logistikanın təmin edilməsi üzrə koordinasiya olunmuş fəaliyyətlərin aktivləşdirilməsini şərtləndirir", - o qeyd edib.

A.Overçukun sözlərinə görə, beləliklə üç ölkənin əmtəə istehsalçıları, ixracatçıları və idxalçıları üçün ən yaxşı rəqabət şərtləri yaradılır.


SON XƏBƏRLƏR