• Bakı 22° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

İran “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə”yə sadiq qaldığını bəyan edib

DÜNYA

13 Oktyabr 2025 | 12:17

İran “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə”yə sadiq qaldığını bəyan edib

İran hələ də “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə” yə sadiqdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi nazirliyin mətbuat konfransında deyib.

“Beynəlxalaq Atom Enerjisi Agentliyi ilə əldə olunmuş razılaşma çərçivəsində İran yeni şəraitdə konstruktiv əməkdaşlıq mühiti yaratmağa çalışıb. Lakin təəssüf ki, üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya, Fransa) bu xoşnyyətli yanaşmadan faydalanmayıblar. İran əvvəlcədən bəyan etmişdi ki, ölkəmizə qarşı istənilən düşmənçilik addımı, o cümlədən ləğv edilmiş qətnamələrin bərpasına yönəlmiş cəhdlər, Qahirə anlaşmasının icrasını qeyri-mümkün edəcək” İsmayıl Bəqayi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl İran və AEBA arasında Misirin paytaxtı Qahirədə razılaşma əldə olunmuşdu.

Lakin, İrana qarşı Avropa sanksiyalarının bərpasından sonra rəsmi Tehran bu razılaşmanın mənasını itirdiyini bildirmişdi.


SON XƏBƏRLƏR