Oktyabrın 8-dən bu günədək 741 nəfər qrip əleyhinə peyvənd olunub.
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva 1 nömrəli Şəhər Poliklinikasında media nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə bildirib.
O, qeyd edib ki, peyvənd olunanlardan 641 nəfəri Bakı şəhərində yerləşən ilkin səhiyyə xidməti müəssisələrində vurulub.
“Peyvəndə marağın yüksək olduğu regionlar Sumqayıt şəhəri, Qəbələ, İsmayıllı, Qobustan, Xaçmaz və Ağdaş rayonlarıdır”, – deyə Yaqut Qarayeva vurğulayıb.
Mina Mikayılova