• Bakı 21° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Azərbaycan Türkiyədən sement, şüşə, keramika idxalına çəkdiyi xərci açıqlayıb

İQTİSADİYYAT

13 Sentyabr 2025 | 15:15

Azərbaycan Türkiyədən sement, şüşə, keramika idxalına çəkdiyi xərci açıqlayıb

 Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 29,105 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

Bakıvaxtı.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 % azdır.

Avqustda Türkiyə Azərbaycana 4,202 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,2 % azdır.

8 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 3 % artaraq 2 milyard 971 milyon ABŞ dollarına, avqustda isə 0,4 % artaraq 364,158 milyon ABŞ dollarına çatıb.


SON XƏBƏRLƏR

12 Sentyabr 2025