Xocalı rayonuna yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Seyidbəyli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Seyidbəyli kəndinə 30 nəfərdən ibarət 9 ailə köçürülüb.
***
11:29
"Böyük Qayıdış" planına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailə 31 nəfər, köçürülür.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.