Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 4,488 milyon ABŞ dolları dəyərində xalça idxal edib.
Bakıvaxtı.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,9 % azdır.
Avqustda Türkiyə Azərbaycana 721 min ABŞ dolları dəyərində xalça ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 43,5 % azdır.
8 ayda Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 4,5 % azalaraq 1,753 milyard ABŞ dolları, avqustda isə 0,4 % artaraq 232 milyon ABŞ dolları olub.