• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Finala çıxan  komandaya prezident zəngi - “Gözlərinizdən öpürəm”

İDMAN

13 Sentyabr 2025 | 13:15

Finala çıxan komandaya prezident zəngi - “Gözlərinizdən öpürəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “EuroBasket”in finalına yüksələn Basketbol Milli Komandasına zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

“Həqiqətən çox sevindim. Başda Hidayət (red. Türkiyə Basketbol Milli Komandasının rəhbəri Hidayət Türkoğlu) olmaqla, bütün idmançı qardaşlarımın gözlərindən öpürəm. Təbrik edirəm”.

İdmançılar Ərdoğanı alqışlayaraq ona təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki, Türkiyə Yunanıstan millisini 68-94 hesabı ilə məğlub edərək 24 il sonra finala çıxıb. Ay-ulduzlular finalda Almaniya ilə mübarizə aparacaq. Qarşılaşma sabah axşam keçiriləcək. 

Sözügedən videonu təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026