• Bakı 20° C

    6.28 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

“Trampla görüşdən sonra Putin hücumları artırıb”

DÜNYA

13 Sentyabr 2025 | 00:41

“Trampla görüşdən sonra Putin hücumları artırıb”

“Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüşündən sonra Moskvanın hücumlarının intensivliyinin artması Rusiyanın aqressiv müharibəni davam etdirmək istədiyini göstərir”.

Bakıvaxtı.az “European Pravda”ya istinadən xəbər verir ki, bu sözləri Polşa Xarici İşlər Naziri Radoslav Sikorski ukraynalı həmkarı Andrey Sbiqa ilə birgə keçirilən mətbuat konfransında səsləndirib.

O, həmçinin Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozmasını tənqid edib:

“Sentyabrın 12-də Alyaskada Trampla görüşdən sonra rus hücumlarının güclənməsi aqressiv müharibənin davam etməsinin göstəricisidir”.

Sikorski əlavə edib ki, Polşa tərəfi Ukraynaya dəstəyini davam etdirəcək və artan gərginliklərə baxmayaraq müttəfiqlərini tək qoymayacaq.

Qeyd edək ki, avqustun 15-də ABŞ Prezidenti Donald Tramp və Vladimir Putin Alyaskada ilk danışıqlarını aparıblar. Sonra Ukrayna Prezidenti Volodimir Zelenski və digər Avropa liderləri Trampla Ağ Evdə Rusiya ilə müharibənin diplomatik yolla həllini müzakirə ediblər./“Qafqazinfo”


SON XƏBƏRLƏR

12 Sentyabr 2025