• Bakı 21° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

İQTİSADİYYAT

13 Sentyabr 2025 | 14:03

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

Ötən gün Ermənistan daxili işlər naziri Arpine Sarkisyan ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Arpine Sarkisyan ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülhün təmin olunmasındakı rolunu yüksək qiymətləndirib.

Görüşdə həmçinin təşkil olunmuş cinayətkarlıq, kiber cinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq, polis islahatlarına dəstək və kiber laboratoriyanın yaradılması müzakirə olunub.

Danışıqlar zamanı Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması prinsipləri çərçivəsində "Tramp maşrutu" (Zəngəzur dəhlizi) layihəsi və əməkdaşlıqla bağlı digər məsələlər də diqqətdə saxlanılıb.


SON XƏBƏRLƏR

12 Sentyabr 2025