• Bakı 20° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Bakı və Sumqayıt istiqamətində iki marşrut üzrə avtobuslar yenilənir

CƏMİYYƏT

13 Sentyabr 2025 | 16:48

Bakı və Sumqayıt istiqamətində iki marşrut üzrə avtobuslar yenilənir

157 və 503 nömrəli marşrutlar üzrə müasir və komfortlu avtobuslar xətlərə buraxılır.

Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, AYNA tərəfindən sözügedən iki marşrut üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar – "BusTrans" MMC və “BakuBus” MMC yeni avtobuslarla xətlərin istismarını müvafiq olaraq sentyabrın 14-ü və 15-də həyata keçirəcəklər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut üzrə gedişhaqqı 0.50 AZN, Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə isə 0.70 AZN təşkil edəcək.

Hər iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.


SON XƏBƏRLƏR