İsrail Baş Qərargah rəisi Eyal Zamir Təl-Əvivdəki Qlilot Hava Bazasında keçirilən hərbi mərasimdə çıxış edərək, zərurət yaranarsa İrana yeni hücumlar təşkil etməyə hazır olduqlarını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, “Yedioth Ahronot” qəzetinin məlumatına görə, bu bəyanat İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin İsraili “yırtıcı heyvana çevrilməkdə” ittiham etməsindən bir gün sonra səslənib.
Zamir Livanda “Hizbullah” və Yəməndə İranın dəstəklədiyi husilərə qarşı İsrailin zərbələr endirdiyini xatırladıb. O, iyunda baş verən 12 günlük İsrail-İran münaqişəsini qabaqlayıcı müharibə kimi qiymətləndirib.
Baş Qərargah rəisi vurğulayıb ki, İsrail “ekzistensial təhlükə” yarandığı halda dərhal hərəkətə keçəcək.
Əli Hüseynov