• Bakı 26° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Ərdoğan NATO Baş katibi ilə Rusiya-Ukrayna müharibəsini müzakirə etdi

DÜNYA

14 Avqust 2025 | 18:49

Ərdoğan NATO Baş katibi ilə Rusiya-Ukrayna müharibəsini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Mark Rutte arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin kommunikasiya idarəsindən bildirilib.

Tərəflər Rusiya-Ukrayna müharibəsindəki son durumu müzakirə ediblər.

Onlar, eyni zamanda regional və qlobal məsələlər barədə danışıblar.

Ərdoğan bildirib ki, tərəflər arasında atəşkəsin təmin olunması məqsədilə İstanbulda davam edən müzakirələrdə irəliləyiş əldə olunur.

Onlar, həmçinin ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında Alyaskada keçirilməsi gözlənilən görüş barədə fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR