• Bakı 20° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Kim Çen In Şimali Koreyada üç sözü qadağan etdi

DÜNYA

13 Sentyabr 2025 | 17:45

Kim Çen In Şimali Koreyada üç sözü qadağan etdi

 Koreya Xalq Demokratik Respublikasının Sədri Kim Çen In "hamburger", "karaoke" və "dondurma" sözlərini çox qərbyönümlü hesab edərək qadağan edib və bu sözləri yerli sözlərlə əvəz etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat verib.

Belə ki, Rusiya və Çindən olan turistləri Vonsan kurortunda qəbul edən turist bələdçilərinə Qərbdə və qonşu Cənubi Koreyada məşhur olan ingilis sözlərini işlətməmək tapşırılıb.

Belə ki, "hamburger" sözü mütləq şəkildə "dajin-gogi gyeopppang" (qiymə ətli qoşa çörək), "dondurma" isə "eseukimo" ilə əvəz edilməlidir. Cənubi Koreyada geniş yayılmış karaoke maşınları isə "ekran müşayiəti üçün maşınlar" sözünə dəyişdirilməlidir.


SON XƏBƏRLƏR