• Bakı 20° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Qazaxıstan Rusiyanın Aktauda baş konsulluğunun açılmasına razılıq verib

DÜNYA

13 Sentyabr 2025 | 16:22

Qazaxıstan Rusiyanın Aktauda baş konsulluğunun açılmasına razılıq verib

 Qazaxıstan Rusiyanın Aktauda baş konsulluğunun açılmasına dair saziş layihəsini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "KazTAG" agentliyi Qazaxıstan hökumətinin fərmanına istinadən məlumat yayıb.

Sənədə əsasən, Qazaxıstan hökuməti Rusiya Federasiyasının sözügedən konsulluq idarəsinin açılması və Qazaxıstan ərazisində konsulluq funksiyalarının yerinə yetirilməsi üçün bütün lazımi yardım və imkanları təmin edir.

Qazaxıstanın qərbində, Xəzər dənizinin sahilində yerləşən Aktau böyük sənaye və kurort şəhəridir, həmçinin Mangistau vilayətinin inzibati mərkəzidir. 

Hazırda Rusiyanın Qazaxıstandakı Baş Konsulluğu üç şəhərdə - Almatı, Ust-Kamenoqorsk və Uralskda fəaliyyət göstərir.


SON XƏBƏRLƏR