• Bakı 27° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

“Məni bağışlayın, Moskvaya qayıtmalıyam” - Mişustin

DÜNYA

15 Avqust 2025 | 11:58

“Məni bağışlayın, Moskvaya qayıtmalıyam” - Mişustin

Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Qırğızıstanda keçirilən iclasını vaxtından əvvəl tərk edib. 

Bakıvaxtı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Mişustin tədbiri tez tərk etməsini bu gün Alyaskada Rusiya və ABŞ prezidentləri arasında keçiriləcək görüşlə əsaslandırıb. 

“Məni bağışlayın, Moskvaya qayıtmalıyam. Bildiyiniz kimi, bu gün Alyaskada prezidentlər Vladimir Putin və Donald Trampın iştirakı ilə Rusiya-Amerika sammiti baş tutacaq. Mən Rusiyada olmalıyam”, - deyə Rusiyanın Baş naziri tədbir iştirakçılarına bildirib. 

Xatırladaq ki, bu gün Alyaskanın Ankoric şəhərində V.Putinlə D.Tramp arasında görüş baş tutacaq. Görüşün Bakı vaxtı ilə 23:30-da başlayacağı gözlənilir.


SON XƏBƏRLƏR

14 Avqust 2025