• Bakı 28° C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

"Mançester Yunayted" "Barselona"ya 80 milyon avro təklif etdi

İDMAN

15 Avqust 2025 | 09:47

Mançester Yunayted Barselonaya 80 milyon avro təklif etdi

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Fermin Lopes üçün 80 milyon avro təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" yarımmüdafiə xəttini daha da gücləndirmək niyyətindədir.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Fermin Lopesin klubla 2029-cu ilin yayınadək müqaviləsi var. O, 2024/2025 mövsümündə 46 matçda 8 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


SON XƏBƏRLƏR

14 Avqust 2025