• Bakı 26° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

“Bavariya” “Hamburq”u darmadağın etdi - VİDEO

İDMAN

14 Sentyabr 2025 | 00:37 | Müəllif: Subhan Mahmudov

“Bavariya” “Hamburq”u darmadağın etdi - VİDEO

“Bavariya” klubu Bundesliqanın üçüncü turunda Münxendə “Hamburq”u qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə “Bavariya” qonaqların qapısından beş cavabsız top keçirib. Münxenlilər ilk hissədə dörd dəfə fərqləniblər. Oyunda hesabı 3-cü dəqiqədə Serge Qnabri açıb. Bu qoldan altı dəqiə sonra Aleksandar Pavloviç hesab arasındakı fərqi iki topa çatdırıb. Matçın 26-cı dəqiqəsində Harri Keyn 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Üç dəqiqə sonra Luis Dias ilk hissədə son nöqtəni qoyub - 4:0.

Fasilədən sonra - 62-ci dəqiqədə Harri Keyn özünün ikinci, komandasının beşinci qolunu rəsmiləşdirib - 5:0.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR