“Taşir” Şirkətlər Qrupunun sahibi, Rusiya-erməni biznes maqnatı Samvel Karapetyanın girov qarşılığında azadlığa buraxılması İrəvan məhkəməsi tərəfindən rədd edilib.
Bakıvaxtı.az bu barədə erməni mətbuatına istinadla xəbər verir.
Məlumata görə, məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini daha iki ay uzadıb. Karapetyan isə hökumətin devrilməsinə çağırış ittihamını qəbul etmir və qərardan apellyasiya şikayəti verəcək.
Əli Hüseynov