• Bakı 27° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

“Fenerbaxça” Aktürkoğludan imtina etdi

İDMAN

15 Avqust 2025 | 12:00

“Fenerbaxça” Aktürkoğludan imtina etdi

“Benfika”da çıxış edən Türkiyə millisinin üzvü Kerem Aktürkoğlunun “Fenerbaxça”ya transferi baş tutmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Fenerbaxça” 26 yaşlı vinger üçün “Benfika”ya etdiyi 25 milyon avroluq təklifi geri çəkib. Klub imtina səbəbi kimi təklif etdikləri şərtlərin pozulmasını göstərib.

Həmin şərt isə Keremin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Nitsa” ilə keçiriləcək görüşdə meydana çıxarılmaması idi. Belə ki, “Benfika” bu şərti pozaraq futbolçunu 84-cü dəqiqədə oyuna daxil edib.

İstanbul təmsilçisi bundan sonra əvəlkindən daha az məbləğli -18 milyon avroluq yeni təklif göndərib. Portuqaliya təmsilçisi bu təklifi rədd edib.

Qeyd edək ki, Kerem Aktürkoğlu “Benfika”ya “Fener”in əzəli rəqibi “Qalatasaray”dan transfer olunmuşdu.


SON XƏBƏRLƏR

14 Avqust 2025