• Bakı 18° C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

"Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

İDMAN

14 Sentyabr 2025 | 09:49

Neftçi bu gün Sabahla qarşılaşacaq

Misli Premyer Liqasında bu gün IV tura yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, turun bağlanış günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə "Şamaxı" doğma meydanda "Karvan-Yevlax"ı sınağa çəkəcək. Şamaxı şəhər stadiondakı matç saat 16:30-da başlayacaq.

Ardınca "Neftçi" "Neftçi Arena"da "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 19:00-da səslənəcək.

4 xalı olan "Karvan-Yevlax" yeddinci, 3 xala malik "Sabah" isə səkkizincidir. "Şamaxı" və "Neftçi isə 2 xalla müvafiq olaraq doqquzuncu və onuncu pillələrdə yer alıblar


SON XƏBƏRLƏR

13 Sentyabr 2025