• Bakı 27° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

İlk köç karvanı Kolatağ kəndinə çatıb - YENİLƏNİB

CƏMİYYƏT

15 Avqust 2025 | 13:39

İlk köç karvanı Kolatağ kəndinə çatıb - YENİLƏNİB

İlk köç karvanı Ağdərə rayonunun Kolatağ kəndinə çatıb.

Bakıvaxtı.az bu barədə "Report"a istinadən xəbər verir.

Ailələrin qarşılnma mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər.

***

12:08

Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, ilkin mərhələdə Kolatağ kəndinə 26 ailə (89 nəfər) köçürülür.

Kolatağa köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Kəndə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) köçürülür.


SON XƏBƏRLƏR

14 Avqust 2025