• Bakı 18° C

    8.78 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Türk dövlətlərinin sığortaçıları Şuşada birgə sənəd İMZALADI

CƏMİYYƏT

14 Sentyabr 2025 | 12:39

Türk dövlətlərinin sığortaçıları Şuşada birgə sənəd İMZALADI

Şuşada keçirilən Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyasında türk dövlətlərinin sığortaçıları arasında birgə "Proklamasiya sənədi" imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, imzalanan sənədə əsasən, Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri Təşkikatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılib. 

Belə ki, Birliyə 5 təsisçi üzvdən əlavə 3 ölkənin (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) sığorta assosiasiyaları müşahidəçi təşkilat qismində daxil olur.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi Türk Dövlətləri Təşkilatına daxil olan üzv və müşahidəçi ölkələrin sığorta bazarları arasında qarşılıqlı təcrübə, kadr və məlumat mübadiləsi qurmaq, təkrarsığorta əlaqələrini sistemli formalaşdırmaq və qardaş ölkələrin sığorta bazarlarında davamlı və dayanıqlı inkişafa nail olmaqdır.

 


SON XƏBƏRLƏR

13 Sentyabr 2025