• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 9 minə yaxın şəxsə veriləcək

CƏMİYYƏT

14 Oktyabr 2025 | 11:49

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 9 minə yaxın şəxsə veriləcək

Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyi "Adahi" proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanmasını həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, paylanma mərasimi Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Krallıqdan gələn digər nümayəndələr və Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Göndərilən sovqatın Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisində yaşayan şəhid ailələrinə, müharibə əlillərinə, eyni zamanda həssas qrupdan olan ailələrə paylanması nəzərdə tutulub və ümumilikdə 9 minə yaxın şəxsi əhatə edəcək.


SON XƏBƏRLƏR