• Bakı 18° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

Tanınmış professorun evi sökülmək təhlükəsi ilə üz-üzədir - SƏBƏB+FOTO

CƏMİYYƏT

14 Oktyabr 2025 | 12:14

Tanınmış professorun evi sökülmək təhlükəsi ilə üz-üzədir - SƏBƏB+FOTO

Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi 18 ünvanında yerləşən, 1835-ci ildə inşa olunmuş iki mərtəbəli tarixi bina sökülmə təhlükəsi ilə üz-üzədir.

Bakıvaxtı.az xəbər verir ki, bu ev Azərbaycanın tanınmış ziyalı nəslinə mənsub olan alimlər – professor Fuad Məmmədov və professor Rəna Məmmədovanın ata-baba mülküdür.

Ailədən verilən məlumatda bildirilib ki, binada vaxtilə görkəmli şəxsiyyətlər – memar Qəhrəman Məmmədov, rəssam Qeysər Kaşiyeva, hərbçi Hüseyn Məmmədov və digər tanınmış ziyalılar yaşayıblar. Lakin bu mədəni-tarixi irs nümunəsi hələlik qorunmalı abidələr siyahısına daxil edilməyib və binanın üzərində memorial lövhə yoxdur.

Qeyd edilib ki, evin sökülməsi planlaşdırılır və verilən kompensasiya bazar dəyərindən dəfələrlə azdır. Alimlər bildirirlər ki, minlərlə kitab və elmi arxiv saxlayan bu binanın itirilməsi həm ailənin, həm də Azərbaycanın elmi və mədəni irsinə zərbə olacaq.

Fuad və Rəna Məmmədov cütlüyü aidiyyəti dövlət qurumlarından tarixi binanın qorunub saxlanılması, abidə kimi qeydiyyata alınması və ədalətli qərarın verilməsini xahiş edirlər.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinin və digər səlahiyyətli qurumların mövqeyini işıqlandırmağa hazırıq.

Əli Hüseynov


SON XƏBƏRLƏR