• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Milanda Fələstinə dəstək aksiyası keçirilib

CƏMİYYƏT

14 Oktyabr 2025 | 12:24 | Müəllif: Əli Hüseynov

Milanda Fələstinə dəstək aksiyası keçirilib

İtaliyanın Milan şəhərində minlərlə fələstinli tərəfdar şəhər bələdiyyəsi qarşısında etiraz aksiyası keçirib.

Bakıvaxtı.az xəbər verir ki, nümayişçilər Milan və Təl-Əviv arasında 1997-ci ildə imzalanmış qardaş şəhər protokolunun ləğvini tələb ediblər.

Aksiya zamanı etirazçılar “Fələstini azad et” və “Milan kimin tərəfində olacağını bilir” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, Milan Şəhər Şurası təklifin ləğvini rədd edib, bu isə etirazçılar arasında narazılıq yaradıb.

Dinc yürüş daha sonra Loreto meydanına qədər davam edib və şəhərin müxtəlif küçələrində Fələstinə dəstək çağırışları səsləndirilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026