• Bakı 15° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Yüksəkixtisaslı miqrant portalı yaradılıb

CƏMİYYƏT

13 Noyabr 2025 | 11:04

Yüksəkixtisaslı miqrant portalı yaradılıb

Dövlət Miqrasiya Xidmətində yüksəkixtisaslı miqrant portalının təqdimat mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, portal Yüksəkixtisaslı Miqrant Proqramı iştirakçılarının müraciətlərinin qəbulu və cavablandırılması, işəgötürənlərə əcnəbi mütəxəssislərin məlumatlarına çıxış, yüksəkixtisaslı miqrantlar və onların ailə üzvləri üçün proqramın təmin etdiyi güzəştlərlə bağlı məlumatların əldə edilməsi və s. imkanlar yaradır.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, bu proqram çərçivəsində müraciətlərin qəbulu, baxılması, cavablandırılmasının bir pəncərə prinsipi əsasında həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq portalın yaradılması barədə tapşırıq verilib:

“Bu sahədə tətbiq olunan meyarlar var. Əcnəbilər qeydiyyatdan keçərkən xüsusi bacarıqlarını qeyd etməklə tələb olunan 100 baldan minimum 70 balı topladığı halda bu həddi keçmiş sayılır. Daha sonra onların bu müraciətlərinə aidiyyəti dövlət qurumları tərəfindən baxılır”.

O qeyd edib ki, portal pass.gov.az kimi müəyyən edilib: “Portalın əcnəbilərə xitab etdiyi nəzərə alınaraq proqramın dili ingilis dilində seçilib”.


SON XƏBƏRLƏR

12 Noyabr 2025