Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son 24 saat ərzində müxtəlif cəbhələrdə rus ordusu ilə 149 döyüş toqquşmasının baş verdiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, “Ukrinform”un məlumatına görə, Rusiya qüvvələri iki raket, 81 hava və 5839 artilleriya zərbəsi endirib, həmçinin 5593 kamikadze PUA-dan istifadə edib.
Ukrayna aviasiyası və artilleriyası düşmənin iki şəxsi heyət toplanma məntəqəsini, yeddi artilleriya mövqeyini, bir komanda məntəqəsini və bir hava hücumundan müdafiə sistemini vurub.
Məlumata görə, ən şiddətli döyüşlər Pokrovsk, Novopavlivka, Liman və Siversk istiqamətlərində qeydə alınıb. Hulyaipole və Orixiv sektorlarında isə ötən sutka ərzində heç bir hücum olmayıb.
Əli Hüseynov