• Bakı 27° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Təhlükəli asteroid avqustun 17-də Yerə yaxınlaşacaq

CƏMİYYƏT

15 Avqust 2025 | 12:23

Təhlükəli asteroid avqustun 17-də Yerə yaxınlaşacaq

16 mərtəbəli bina ölçüsündə asteroid 17 avqustda Yerə yaxın məsafədən keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumata görə, onun diametri 50 metrdir və Yerə Ayın orbitindən təxminən iki dəfə uzaq məsafədə olacaq.

"Diametri 50 metr olan 2025 PM asteroidinin avqustun 17-də Yer kürəsindən təxminən bir Ay orbitinin diametrinə yaxın məsafədən keçəcəyi gözlənilir. Planetə qeyri-adi şəkildə yaxınlaşdığına görə, göy cismi təhlükəli asteroidlər sırasındadır", - laboratoriyanın "Telegram" kanalında deyilir.

Alimlər bildirib ki, asteroid 2025-ci il avqustun 1-də aşkar edilib. O, hərəkətli maddə izləri olmayan daş blokdur. Lakin onun hələ tam öyrənilməməsi və Apollonlar qrupuna aid olması səbəbilə digər göy cisimi ilə toqquşma riski var. Bu isə trayektoriyasının dəyişərək birbaşa Yerə yönəlməsi ehtimalını artırır.

Eyni asteroidin daha bir uçuşu sentyabrın sonunda gözlənilir.

Qeyd olunub ki, 50 il əvvəl ABŞ-nin Arizona ştatına bənzər ölçüdə bir meteorit düşərək məşhur Arizona kraterini yaradıb.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

14 Avqust 2025