• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Narkokuryerlikdə şübhəli bilinən iki qardaş həbs edildi

HADİSƏ

15 Avqust 2025 | 11:05

Narkokuryerlikdə şübhəli bilinən iki qardaş həbs edildi

Yasamalda narkokuryerlikdə şübhəli bilinən iki qardaş həbs edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb. Onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.


Narkokuryerlikdə şübhəli bilinən iki qardaş həbs edildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026