• Bakı 18° C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Yük maşını yol kənarında dayanan avtomobilə çırpıldı - Ölən var

HADİSƏ

14 Sentyabr 2025 | 09:29

Yük maşını yol kənarında dayanan avtomobilə çırpıldı - Ölən var

Sentyabrın 14-də saat 02:00 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BDYPİ-dən Bakıvaxtı.az-a verilən məlumata görə, İran vətəndaşı Shadman Taleshmikaei tərəfindən idarə olunan “Volvo” markalı yük maşını texniki nasazlıq səbəbindən yol kənarında dayanmış “Cherry” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Cherry” markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində dünyasını dəyişib, digər sərnişin – Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025