• Bakı 19° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Tərtərdə DƏHŞƏT: Məktəbli sinif yoldaşının atası tərəfindən döyülüb

HADİSƏ

14 Oktyabr 2025 | 08:57

Tərtərdə DƏHŞƏT: Məktəbli sinif yoldaşının atası tərəfindən döyülüb

Tərtər rayonunun Seydimli kəndində məktəbdə insident baş verib.

Bakıvaxtı.az Trend-ə istinadla xəbər verir ki, hadisə zamanı 2008-ci il təvəllüdlü Ayaz İsayev sinif yoldaşının atası – Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.

İlkin məlumata əsasən, A.İsayev bir müddət əvvəl sinif yoldaşı ilə mübahisə edib və aralarında dava olub. Daha sonra şagirdlər dərsdə olarkən həmin şəxsin məktəbə gələrək sinif otağına daxil olduğu və Ayaz İsayevə yumruqla xəsarət yetirdiyi bildirilir.

Zərbənin nəticəsində A.İsayevin burunu qırılıb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı bu gün Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub.

Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırma davam etdirilir.


SON XƏBƏRLƏR

13 Oktyabr 2025