• Bakı 13° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Şəhidin atasından ürəkləri sızladan sözlər: “3 gün əvvəl mənə ayan oldu”

HADİSƏ

13 Noyabr 2025 | 00:30

Şəhidin atasından ürəkləri sızladan sözlər: “3 gün əvvəl mənə ayan oldu”

Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsində şəhid olan hərbçilərdən biri də İlker Aykutdur.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin atası Ünal Aykut verdiyi açıqlamada, oğlunun şəhid olmasından cəmi bir gün əvvəl onunla telefonla danışdığını və üç gün əvvəl Allahın sanki ona xəbər verdiyini deyib.

Ünal Aykut hadisə barədə  danışıb: "Bir neçə gün əvvəl bir reportaj gördüm. Bir ananın oğlu şəhid olmuşdu. Mən də o xəbərin altına 'Ana, başın sağ olsun. Allah oğlunun məkanını cənnət etsin.' yazdım.

Elə bil bunu mənə Allah dedirtdi, çünki 3 gün sonra mənim öz oğlum şəhid oldu."

Şəhid atası bildirib ki, oğlu ilə xaricə getməzdən əvvəl danışmışdı və bu, onun ilk xarici xidməti idi.

"Oğlumla hər gün danışardıq. Şəhid xəbərini almazdan bir gün əvvəl danışdıq. Anasının səhhətindən söhbət etdik. Səhəri gün zəng etmədi. Biz də 'yoldadır, gələcək' deyə fikirləşdik. Axşam isə acı xəbər aldıq."

Ünal Aykut əlavə edib ki, oğlunun olduğu təyyarənin qəzaya uğradığını əvvəlcə qardaşından eşidib:

"Qardaşım zəng etdi, 'Azərbaycanda təyyarə qəza törədib dedi. Gözlədik... Axşam isə şəhid xəbəri gəldi. Bu vətəndə minlərlə şəhid ailəsi var. Allah hamısına səbr versin. Amma bu vətən bu qurbanlar sayəsində yaşayır."

Xatırladaq ki,Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü həlak olub./Milli.az


SON XƏBƏRLƏR

12 Noyabr 2025