• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

İtkin düşən balıqçılar TAPILMAYIB - RƏSMİ + YENİLƏNİB

HADİSƏ

12 Dekabr 2025 | 23:44

İtkin düşən balıqçılar TAPILMAYIB - RƏSMİ + YENİLƏNİB

Sosial şəbəkələrdə Astarada itkin düşən balıqçıların tapılması ilə bağlı məlumatlar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən “Qafqazifo”ya bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Yayılan xəbərlərlə bağlı Cenublu.az-a danışan itkin düşən Ağadədə Həsənovun əmisi Sübhan Həsənov da məlumatları təkzib edib.

“Yayılan yalan məlumatlara görə axtarışlar dayanır. Axtarışlarla bağlı bizdən başqa heç kimin məlumatına inanmayın” – deyə o bildirib.

S. Həsənov əlavə edib ki, ailə dövlət qurumlarından qonşu ölkələrlə əlaqə yaradılaraq Turan və Ağadədənin tapılması istiqamətində işlərin genişləndirilməsini xahiş edir.

 

***19:00

Astarada dənizdə itkin düşən 30 yaşlı Turan Həsənov və 26 yaşlı Ağadədə Həsənovun axtarışları yekunlaşıb.

Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, balıqçılar İran sahillərində yük gəmisi tərəfindən sağ tapılıblar.


SON XƏBƏRLƏR

02 Mart 2026