• Bakı 10° C

    3.54 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Azərbaycanda yasda 20-dən çox şəxs dəm qazından ZƏHƏRLƏNDİ - YENİLƏNİB

HADİSƏ

12 Dekabr 2025 | 19:36

Azərbaycanda yasda 20-dən çox şəxs dəm qazından ZƏHƏRLƏNDİ - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olan 23 qadın evə buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkim-infektsionisti Tahirə Məmmədova deyib.

"Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Daxil olanlar arasında səkkiz nəfərdə dəm qazına xas olan əlamətlər müşahidə edilib. Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabil olduqdan sonra evə buraxılıb. Hazırda stasionarda yerləşdirdiyimiz xəstə yoxdur", - deyə T.Məmmədova qeyd edib. 

 

18:58

Naxçıvan Muxtar Respublikasında (MR) 20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Babək rayonunun Kültəpə kəndində baş verib.

İlkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.


SON XƏBƏRLƏR